Azedu.az

Ali Təhsildə Süni İntellekt: UNEC beynəlxalq konfransa ev sahibliyi edəcək

AzEdu Təhsil Platforması

11 Noyabr 2026, 13:56
Ali Təhsildə Süni İntellekt: UNEC beynəlxalq konfransa ev sahibliyi edəcək

Süni intellekt artıq gələcəyin texnologiyası deyil, bu gün ali təhsili, universitetlərin idarəetmə fəlsəfəsini, müəllim və tələbə münasibətlərini, eləcə də əmək bazarının tələblərini yenidən formalaşdıran reallıqdır.

Bəs universitetlər bu dəyişikliklərə necə hazırlaşmalıdır? Süni intellekt tədrisin keyfiyyətini necə yüksəldə, elmi tədqiqatlara necə yeni imkanlar aça və ali təhsilin gələcəyini necə dəyişə bilər?

AzEdu.az xəbər verir ki, bu strateji yanaşmadan çıxış edərək 2–3 dekabr tarixlərində UNEC “AI IN EDUCATION: SHAPING THE FUTURE – From UNEC Dialogue to Regional Impact” (("Təhsildə Süni İntellekt: Gələcəyin formalaşdırılması - UNEC Dialoqundan Regional Təsirə Doğru") mövzusunda beynəlxalq konfransa ev sahibliyi edəcək.

UNEC süni intellektin yalnız ali təhsildə tətbiqi məsələlərini müzakirə edən universitet olmaqla kifayətlənmir. UNEC bu sahədə regional gündəmin formalaşdırılmasını, yeni yanaşmaların və təşəbbüslərin təşviqini, eləcə də süni intellekt üzrə regional mərkəzə çevrilməyi hədəfləyir.

TƏCİLİ! Rusiyaya ağır zərbələr - Şəhərlərdə cəhənnəm alovu!
Son xəbərlərDaha çox