Yaponiyada məktəblərdə təqdim olunan yeməklərin təhlükəsizliyi və gigiyena standartlarının təkmilləşdirilməsi istiqamətində müzakirələr keçiriləcək.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi (MEXT) məktəb yeməklərinin gigiyena qaydaları ilə bağlı ekspertlər şurasının altıncı iclasını keçirməyi planlaşdırır.
İclasda məktəb yeməklərinin hazırlanması, saxlanılması və şagirdlərə təqdim olunması zamanı gigiyena tələblərinin qorunması məsələlərinin müzakirə olunması nəzərdə tutulur.
Qeyd edək ki, məktəb qidalanmasının təhlükəsizliyinin təmin edilməsi şagirdlərin sağlamlığının qorunması və təhsil müəssisələrində sağlam mühitin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.