Azedu.az

Yaponiyada müəllim hazırlığında YENİ DÖVR

Xaricdə təhsil

26 Sentyabr 2026, 16:06
Yaponiyada müəllim hazırlığında YENİ DÖVR

Yaponiyada müəllimlərin hazırlanması və işə qəbulu sistemində dəyişikliklər gündəmə gəlib.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki,Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi (MEXT) müəllim hazırlığı, işə qəbul və peşəkar inkişaf sisteminin yenidən qurulmasını təklif edib.

Nazirliyin sentyabrın 17-də açıqladığı sənəddə müəllimlik ixtisasının məzmununun yenilənməsi, müəllimlərin peşəkar inkişaf imkanlarının genişləndirilməsi və məktəblərlə universitetlər arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı təkliflər yer alıb.

Təkliflərdən biri isə gələcək müəllimlərin hazırlanmasına daha erkən mərhələdən başlanılmasıdır. Belə ki, orta məktəb şagirdlərinin universitetlər tərəfindən təqdim olunan bəzi fənlərdə iştirak etməsi və əldə etdikləri kreditlərin sonrakı təhsil mərhələsində tanınması imkanının yaradılması nəzərdən keçirilir.

MEXT müəllim hazırlığı proqramlarında müasir bacarıqların, o cümlədən rəqəmsal texnologiyalardan və süni intellektdən istifadə imkanlarının genişləndirilməsini də müzakirəyə çıxarıb.

Sənəddə müəllimlik ixtisasının müxtəlif səviyyələr üzrə inkişaf etdirilməsi, əlavə ixtisaslaşma imkanlarının artırılması və müxtəlif peşə sahələrindən insanların müəllimliyə cəlb olunmasının asanlaşdırılması ilə bağlı təkliflər də əksini tapıb.

Nazirliyin yanaşmasına görə, müəllim hazırlığı yalnız universitet təhsili ilə məhdudlaşmamalı, müəllimin işə qəbulundan sonrakı peşəkar inkişafı da vahid sistem çərçivəsində davam etdirilməlidir.

Qeyd edək ki, təqdim olunan təkliflər hələ yekun qərar və ya qanunvericilik dəyişikliyi deyil. Sənədlə bağlı ictimaiyyətin rəylərinin qəbul edilməsi nəzərdə tutulub.

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox