Azedu.az

Universitetlər tədqiqat müəssisələrinə uduzur - Azalan elmlər doktorları

Müəllimlər və elm adamları

10 Noyabr 2026, 16:22
Universitetlər tədqiqat müəssisələrinə uduzur - Azalan elmlər doktorları

Azərbaycanda 2024-cü ildə elmlər doktoru proqramı üzrə təhsil alanların sayı 578 nəfər olub.

AzEdu.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, onların 299-u elmi müəssisə və təşkilatlarda, 279-u isə ali təhsil müəssisələrində təhsil alıb.

2024-cü ildə elmlər doktoru proqramına ümumilikdə 106 nəfər qəbul olunub. Onlardan 73-ü elmi müəssisə və təşkilatlara, 33-ü isə ali təhsil müəssisələrinə qəbul edilib. Həmin il elmlər doktoru proqramı üzrə 133 nəfər təhsilini başa vurub.

Məzunların 74-ü elmi müəssisə və təşkilatların, 59-u isə ali təhsil müəssisələrinin payına düşüb.Bununla yanaşı, 2024-cü ildə proqramı başa vuranlardan 11 nəfər dissertasiya müdafiə edib. Onlardan 2-si elmi müəssisə və təşkilatlarda, 9-u isə ali təhsil müəssisələrində təhsil alanlar olub.

Qeyd edək ki, 2023-cü ildə elmlər doktoru proqramı üzrə təhsil alanların sayı 608 nəfər, qəbul olunanların sayı 111 nəfər, məzunların sayı isə 120 nəfər təşkil edib. Həmin il 10 nəfər dissertasiya müdafiə edib.

Ümumilikdə, statistik göstəricilər 2024-cü ildə elmlər doktoru proqramı üzrə təhsil alanların sayında azalma olsa da, proqramı başa vuranların və dissertasiya müdafiə edənlərin sayında artım olduğunu göstərir. Bu isə elmi kadrların hazırlanması prosesində qəbul, təhsil və müdafiə göstəricilərinin fərqli dinamika nümayiş etdirdiyini ortaya qoyur.

Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!
Son xəbərlərDaha çox