Azedu.az

Evrika Liseyində “Zəfər Andı” adlı tədbir keçirilib

AzEdu Təhsil Platforması

9 Noyabr 2026, 17:12
Evrika Liseyində “Zəfər Andı” adlı tədbir keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə Evrika Liseyində Vətən sevgisini, qəhrəmanlığı və tarixi Zəfərimizi tərənnüm edən “Zəfər Andı” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.

AzEdu.az xəbər verir ki, tədbirdə “Məktəb Guşəsi” platformasının təsisçisi, təhsil mütəxəssisi Məzahir Məmmədli, “AZEDU” təhsil platformasının direktoru, təhsil tədqiqatçısı Elmin Nuri, eləcə də Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, qazilər və digər fəxri qonaqlar iştirak ediblər.

Tədbirin əsas ideyası insanın həyatında ən ali duyğulardan biri olan Vətən sevgisinin gücünü nümayiş etdirmək, Qarabağ həsrətini, Şuşaya qovuşmaq arzusunu və bu müqəddəs amal uğrunda göstərilən fədakarlığı bədii obrazlarla tamaşaçılara çatdırmaq olub.

Kompozisiyanın müxtəlif səhnələrində 1990-cı illərin ağrılı hadisələri, torpaqlarımızın işğalı, illərlə davam edən ayrılıq və həsrət, Şuşanın azadlığına duyulan inam və Vətənə verilən müqəddəs and canlandırılıb. Şagirdlərin ifasında səslənən şeirlər, dialoqlar, musiqi və rəqs nömrələri tədbirə xüsusi emosional təsir qazandırıb.

Təqdimatın kulminasiya nöqtəsində Qarabağın azadlığı, üçrəngli bayrağımızın doğma torpaqlarımızda yenidən dalğalanması və xalqımızın tarixi Zəfəri səhnələşdirilib. Bu Zəfərin yalnız hərbi qələbə deyil, həm də milli birliyin, iradənin, Vətənə sədaqətin və qəhrəmanlığın təntənəsi olduğu vurğulanıb.

Evrika Liseyində təhsil yalnız akademik biliklərin ötürülməsi kimi deyil, hərtərəfli şəxsiyyətin formalaşdırılması prosesi kimi dəyərləndirilir. Liseyin fəaliyyətinin əsasını təşkil edən beş prinsip – Millilik, Səriştə, Dünyagörüş, Elm və İnnovasiya bu yanaşmanın mahiyyətini əks etdirir.

“Zəfər Andı” kompozisiyası da məhz bu prinsiplərin mənəvi və tərbiyəvi müstəvidə təcəssümü kimi diqqət çəkib. Millilik Vətənə bağlılıq və milli kimliyin qorunmasında, Səriştə bilik və bacarıqların həyati dəyərlərlə birləşdirilməsində, Dünyagörüş tarixi yaddaşın və dünyanı dərk etməyin inkişafında, Elm düşünən və araşdıran nəslin yetişdirilməsində, İnnovasiya isə müasir təhsil yanaşmalarının tətbiqində öz əksini tapır.

Tədbir bir daha göstərib ki, gələcəyin vətəndaşını yetişdirmək yalnız dərsliklərdən və akademik nailiyyətlərdən ibarət deyil. Bu, həm də ona tarixini tanıtmaq, milli dəyərlərini sevdirmək, məsuliyyət hissi aşılamaq və Vətən qarşısında mənəvi borcunu dərk etdirməkdir.

“Zəfər Andı” ədəbi-bədii kompozisiyası “Dəmir yumruq – birliyimiz, Zəfər – qürurumuz, Azərbaycan – Vətənimiz!” çağırışı ilə başa çatıb.

Evrika Liseyi – Millilik, Səriştə, Dünyagörüş, Elm və İnnovasiya dəyərləri ilə gələcəyin şəxsiyyətini yetişdirir!

8 Noyabr – Zəfər Günü münasibətilə Evrika Liseyində Vətən sevgisini, qəhrəmanlığı və tarixi Zəfərimizi tərənnüm edən “Zəfər Andı” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.

Tədbirdə “Məktəb Guşəsi” platformasının təsisçisi, təhsil mütəxəssisi Məzahir Məmmədli, “AZEDU” təhsil platformasının direktoru, təhsil tədqiqatçısı Elmin Nuri, eləcə də Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, qazilər və digər fəxri qonaqlar iştirak ediblər.

Tədbirin əsas ideyası insanın həyatında ən ali duyğulardan biri olan Vətən sevgisinin gücünü nümayiş etdirmək, Qarabağ həsrətini, Şuşaya qovuşmaq arzusunu və bu müqəddəs amal uğrunda göstərilən fədakarlığı bədii obrazlarla tamaşaçılara çatdırmaq olub.

Kompozisiyanın müxtəlif səhnələrində 1990-cı illərin ağrılı hadisələri, torpaqlarımızın işğalı, illərlə davam edən ayrılıq və həsrət, Şuşanın azadlığına duyulan inam və Vətənə verilən müqəddəs and canlandırılıb. Şagirdlərin ifasında səslənən şeirlər, dialoqlar, musiqi və rəqs nömrələri tədbirə xüsusi emosional təsir qazandırıb.

Təqdimatın kulminasiya nöqtəsində Qarabağın azadlığı, üçrəngli bayrağımızın doğma torpaqlarımızda yenidən dalğalanması və xalqımızın tarixi Zəfəri səhnələşdirilib. Bu Zəfərin yalnız hərbi qələbə deyil, həm də milli birliyin, iradənin, Vətənə sədaqətin və qəhrəmanlığın təntənəsi olduğu vurğulanıb.

Evrika Liseyində təhsil yalnız akademik biliklərin ötürülməsi kimi deyil, hərtərəfli şəxsiyyətin formalaşdırılması prosesi kimi dəyərləndirilir. Liseyin fəaliyyətinin əsasını təşkil edən beş prinsip – Millilik, Səriştə, Dünyagörüş, Elm və İnnovasiya bu yanaşmanın mahiyyətini əks etdirir.

“Zəfər Andı” kompozisiyası da məhz bu prinsiplərin mənəvi və tərbiyəvi müstəvidə təcəssümü kimi diqqət çəkib. Millilik Vətənə bağlılıq və milli kimliyin qorunmasında, Səriştə bilik və bacarıqların həyati dəyərlərlə birləşdirilməsində, Dünyagörüş tarixi yaddaşın və dünyanı dərk etməyin inkişafında, Elm düşünən və araşdıran nəslin yetişdirilməsində, İnnovasiya isə müasir təhsil yanaşmalarının tətbiqində öz əksini tapır.

Tədbir bir daha göstərib ki, gələcəyin vətəndaşını yetişdirmək yalnız dərsliklərdən və akademik nailiyyətlərdən ibarət deyil. Bu, həm də ona tarixini tanıtmaq, milli dəyərlərini sevdirmək, məsuliyyət hissi aşılamaq və Vətən qarşısında mənəvi borcunu dərk etdirməkdir.

“Zəfər Andı” ədəbi-bədii kompozisiyası “Dəmir yumruq – birliyimiz, Zəfər – qürurumuz, Azərbaycan – Vətənimiz!” çağırışı ilə başa çatıb.

Evrika Liseyi – Millilik, Səriştə, Dünyagörüş, Elm və İnnovasiya dəyərləri ilə gələcəyin şəxsiyyətini yetişdirir!

Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!
Son xəbərlərDaha çox