Ağdaş şəhərində bıçaqlanma hadisəsi baş verib.
AzEdu.az xəbər verir ki, 17 yaşlı E.Allahverdiyev aralarında yaranmış mübahisə zəminində 36 yaşlı Davud Muxtarova bıçaqla xəsarət yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.