Azedu.az

30 ildən sonra qızılcadan ilk uşaq ölümü qeydə alınıb

Hadisə

3 Noyabr 2026, 12:50
30 ildən sonra qızılcadan ilk uşaq ölümü qeydə alınıb

ABŞ-nin Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılca xəstəliyindən uşaq ölümü baş verib.

AzEdu.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Keti Hokul (Kathy Hochul) məlumat verib. Onun sözlərinə görə, Lyuis dairəsində qızılcaya yoluxan uşaq xəstəlik səbəbindən həyatını itirib.

Qubernator hadisə ilə bağlı dərin kədərini ifadə edərək bildirib ki, bu, son 30 ildə ştatda qızılcadan qeydə alınan ilk ölüm hadisəsidir.

Hokul ölüm hallarının artmasını ailələrin getdikcə daha çoxunun peyvənddən imtina etməsi ilə əlaqələndirib. O, bunun ictimai səhiyyə sisteminin qoruyucu mexanizmlərinin zəiflədiyini göstərdiyini vurğulayıb.

Qubernator, həmçinin ABŞ administrasiyasını əhalinin qarşısı alına bilən xəstəliklərdən qorunması istiqamətində onilliklər ərzində əldə edilmiş nailiyyətləri zəiflətməkdə ittiham edib.

Yerli səhiyyə orqanlarının məlumatına görə, bu ilin əvvəlindən indiyədək Lyuis dairəsində 15 qızılca yoluxma halı qeydə alınıb.

Ərdoğana kritik çağırış edildi: 8 noyabrda Bakıda ol! -
Son xəbərlərDaha çox