Azedu.az

Səbinə Əliyeva yenidən Ombdsman seçildi

AzEdu Təhsil Platforması

3 Noyabr 2026, 12:13
Səbinə Əliyeva yenidən Ombdsman seçildi

Səbinə Əliyeva növbəti 7 il müddətinə yenidən Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) seçib.

AzEdu.az xəbər verir ki, məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Məsələ müzakirə edildikdən sonra keçirilən səsvermənin nəticəsində Səbinə Əliyeva səs çoxluğu ilə Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib. İclasda iştirak edən deputatlardan 100 nəfəri onun Ombudsman olmasının lehinə, 1 nəfər əleyhinə səs verib, 7 nəfər isə səsvermədə bitərəf qalıb.

Qeyd edək ki,  Prezident İlham Əliyev tərəfindən Ombudsman vəzifəsinə 3 nəfər - hazırkı Ombudsman Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi Elşanə Vəliyevanın namizədliyi irəli sürülüb.

Xatırladaq ki, Səbinə Əliyeva ilk dəfə 29 noyabr 2019-cu ildə Milli Məclis tərəfindən Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili seçilib. Səbinə Yaşar qızı Əliyeva 7 may 1980-ci ildə anadan olub. İxtisasca hüquqşünasdır. Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 3-cü dərəcə dövlət müşaviridir. Səbinə Əliyeva Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşı, Milli Məclisin sabiq vitse-spikeri və Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyevin qızıdır. Ombdsmanın iki övladı var.

Ərdoğana kritik çağırış edildi: 8 noyabrda Bakıda ol! -
Son xəbərlərDaha çox