Azedu.az

LDU-da “CareerPlus” Karyera Forumu keçirilib

AzEdu Təhsil Platforması

3 Noyabr 2026, 12:09
LDU-da “CareerPlus” Karyera Forumu keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) Elm və Təhsil Nazirliyinin dəstəyi, ATGTİ və LDU TGT-nin təşkilatçılığı ilə “CareerPlus – Tələbə və Gənc Məzunların İnkişaf Proqramı” çərçivəsində növbəti Karyera Forumu baş tutub. Tədbirdə universitet rəhbərliyi, ATGTİ nümayəndələri, professor-müəllim heyəti, qonaqlar və tələbələr iştirak ediblər.

AzEdu.az-a bu barədə LDU-dan məlumat verilib. 

Qeyd olunub ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirin rəsmi açılışında LDU-nun Tədris məsələləri üzrə prorektoru dosent Zaur Məmmədov və Lənkəran Dövlət Universitetinin rektoru, prof çıxış ediblər. Natiqlər forumun əhəmiyyətindən bəhs edərək, proqramın gənclərin karyera bacarıqlarını inkişaf etdirmək, onları müasir əmək bazarına inteqrasiya etmək və işəgötürənlərlə birbaşa əlaqələrini möhkəmləndirmək məqsədi daşıdığını vurğulayıblar.

İki hissədən ibarət forumun panel sessiyası “Gələcəyin əmək bazarı: gənclərdən gözləntilər və yeni trendlər” mövzusuna həsr olunub. Sara İbadzadənin moderatorluğu ilə keçən paneldə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Afər Kərimov, Lənkəran regional “ASAN xidmət” mərkəzinin direktoru Əmir Əfəndiyev və Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin direktoru Ceyhun Qasımov çıxış edərək əmək bazarının müasir tələbləri barədə tövsiyələrini bölüşüblər və tələbələrin suallarını
cavablandırıblar.

Forumun ikinci hissəsində Azərbaycan Maarifçilər Assosiasiyasının sədri, təlimçi-ekspert Tofiq Sadıxov gənclər üçün “Gələcəyin Karyerası: AI, Şəxsi Brend və Uğurlu İşə Qəbul” mövzusunda praktiki təlim keçib. Ekspert CV hazırlanması, süni intellektdən karyerada effektiv istifadə və müsahibə prosesləri barədə tələbələrə ətraflı məlumat verib.

Tədbirdən sonra Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Rəşad Zeynalovu və qurumun digər təmsilçilərini qəbul edib. Görüş zamanı ali təhsil müəssisəsi ilə ATGTİ arasında tələbə gənclərin fəallığının artırılması və birgə layihələrin icrası barədə səmərəli müzakirələr aparılıb.

Rektor, tələbələrin sosial və intellektual inkişafında gənclər təşkilatlarının rolunu yüksək qiymətləndirərək, ittifaqın təşəbbüslərinə universitet tərəfindən hər zaman tam dəstək veriləcəyini vurğulayıb. Rəşad Zeynalov səmimi qəbula görə təşəkkürünü bildirib və gənclərin təhsil, innovasiya, eləcə də karyera imkanlarının genişləndirilməsi istiqamətində planlaşdırılan yeni platformaları diqqətə çatdırıb.

Ərdoğana kritik çağırış edildi: 8 noyabrda Bakıda ol! -
Son xəbərlərDaha çox