Azedu.az

Sabahdan Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti gəlir

Hadisə

1 Noyabr 2026, 10:15
Sabahdan Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti gəlir

 

Türkiyədə yaşı 15-dən aşağı olan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər.

AzEdu.az"TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə Prezident Administrasiyası Kibertəhlükəsizlik İdarəsinin yeni qaydalarına əsasən, noyabrın 1-dən hesablar üçün yaşın təsdiqlənməsi məcburi olacaq.

Mövcud hesabların yoxlanılması isə 31 mart 2027-ci ilədək müəyyənləşdirilib. İstifadəçilər o vaxtadək yaş təsdiqini tamamlaya biləcəklər. Yaşın təsdiqlənməsi "e-Devlet" sistemi vasitəsilə həyata keçiriləcək.

Həmçinin, 15-18 yaşlı gənclərin yaşlarına və inkişaf səviyyələrinə uyğun, daha təhlükəsiz rəqəmsal mühitdə xidmət alması planlaşdırılır.

Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir
Son xəbərlərDaha çox