Azedu.az

Alimlərdən “mini kainat” təcrübəsi

AzEdu Təhsil Platforması

31 Oktyabr 2026, 12:24
Alimlərdən “mini kainat” təcrübəsi

Zamanın necə ölçüldüyü ilə bağlı yeni təcrübə alimlərə kvant sistemində xarici saatdan istifadə etmədən zamanın axınını izləmək imkanı verib.

AzEdu.az xəbər verir ki, Birmingem Universitetinin tədqiqatçısı Covanni Barontini təxminən 24 min ultra soyuq rubidium atomundan ibarət kvant sistemi yaradıb. Sistem atomların bir-birindən ayrılmış iki sahə arasında hərəkətini və paylanmasının dəyişməsini müşahidə etməyə imkan verib.

Alimlər bu dəyişikliklər əsasında “entropik zaman” adlandırılan daxili zaman ölçüsünü müəyyənləşdiriblər. Təcrübə göstərib ki, sistemdə baş verən proseslərin ardıcıllığını xarici saat olmadan da izləmək mümkündür.

Tədqiqat kainatın genişlənməsi və daralmasını xatırladan kvant modelinin qurulmasına da əsaslanıb. Bununla belə, araşdırma zamanın illüziya olduğunu deyil, kvant sistemində daxili zaman ölçüsünün yaradıla biləcəyini nümayiş etdirir.

Araşdırmanın nəticələri 2026-cı il iyunun 11-də Physical Review Research jurnalında dərc olunub.

Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir
Son xəbərlərDaha çox