Müəllim maaşı və onun cəmiyyətdə doğurduğu rezonans illərdir səngiməyən, hər dəfə yeni müstəvidə qızğın müzakirələrə səbəb olan əsas gündəm mövzularından biridir.
2022-ci ildən etibarən tətbiq olunan müəllimlərin sertifikatlaşdırılması prosesi bu sahədə fərqlənmə mexanizmini işə saldı: imtahanda 30 baldan yuxarı nəticə göstərənlərin maaşına 10%, 51 bal və daha çox toplayanların əməkhaqqısına isə 35% əlavə edildi.
Bütün bu stimullaşdırıcı addımlara baxmayaraq, sosial şəbəkələrdə müəllimlərin maddi vəziyyətindən və qazancından şikayətlərinə hələ də tez-tez rast gəlirik.
Müəllimlərin orta əməkhaqqı nə qədər olmalıdır?
AzEdu.az Təhsil Portalı bu suala cavab tapmaq və cəmiyyətin mövzuya münasibətini öyrənmək məqsədilə paytaxt sakinləri arasında sorğu keçirib.
Linkə keçid edərək sorğunu izləyə bilərsiniz: