Azedu.az

Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub

Ali təhsil

29 Oktyabr 2026, 16:15
Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub

Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müəllimi, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilənovanın “İctimai diplomatiya” adlı dərsliyi çap olunub. Universitetin Elmi Şurasının qərarı ilə çapa tövsiyə edilən dərslik ictimai diplomatiya fəaliyyətinin beynəlxalq münasibətlər sistemindəki rolu, nəzəri əsasları, tarixi inkişafı, bu sahədəki beynəlxalq və yerli təcrübə kimi mövzuları əhatə edir. 

AzEdu.az xəbər verir ki, kitabda ictimai diplomatiyanın mahiyyəti, vasitələri, aktorları və növləri, yumşaq güc və ictimai diplomatiya münasibətləri araşdırılır, ABŞ, Böyük Britaniya, Çin və Türkiyənin ictimai diplomatiya təcrübəsi nəzərdən keçirilir.  Əsərdə Azərbaycanın ictimai diplomatiya fəaliyyətinə də yer verilir və milli təcrübənin bu sahənin nəzəri yanaşmaları və praktiki tətbiqi ilə əlaqəsi göstərilir. 

Azərbaycanda ictimai diplomatiya sahəsində elmi ədəbiyyatın zənginləşdirilməsi baxımından əhəmiyyət daşıyan dərslik dövlət və ictimai münasibətlər, beynəlxalq münasibətlər, politologiya, regionşünaslıq və əlaqəli sahələr üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub.

SON DƏQİQƏ! Əliyev Ərdoğana məktub göndərdi - Nələrolacaq?
Son xəbərlərDaha çox