Azedu.az

Çində təqaüdlə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

Ali təhsil

29 Oktyabr 2026, 09:55
Çində təqaüdlə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

Çin Xalq Respublikasının Təhsil Nazirliyi və Heilongjiang əyaləti tərəfindən Avrasiya ölkələrindən olan əcnəbi tələbələr üçün birgə təsis edilmiş təqaüd proqramı çərçivəsində Harbin Mühəndislik Universitetində təhsil almaq üçün sənəd qəbulu elan olunub.

Bu barədə AzEdu.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, namizədlər müraciətlərini 20 mart 2027-ci il tarixinədək həm Çin Təqaüd Şurasının (China Scholarship Council) əcnəbi tələbələr üçün onlayn müraciət sistemi, həm də Harbin Mühəndislik Universitetinin beynəlxalq tələbələr üçün elektron müraciət platforması vasitəsilə təqdim etməlidirlər.

Təqaüd proqramının şərtləri, müraciət qaydaları və tələb olunan sənədlər barədə ətraflı məlumatla "elan vasitəsilə" tanış olmaq mümkündür. 

İrana misli görülməmiş hücum - Hazırlıqlar başladı!
Son xəbərlərDaha çox