Azedu.az

225 nömrəli məktəbdə REAL TV-nin əməkdaşlarına hücum oldu - VİDEO

AzEdu Təhsil Platforması

28 Oktyabr 2026, 22:04
225 nömrəli məktəbdə REAL TV-nin əməkdaşlarına hücum oldu - VİDEO

Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə REAL TV-nin əməkdaşlarına hücum olub.

AzEdu.az xəbər verir ki, bu barədə telekanalın əməkdaşı Mahir Məmmədli feysbuk hesabında paylaşım edib.

Bildirilib ki, hadisə zamanı operator müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

"Xəbər verildiyi kimi, oktyabrın 28-də həmin məktəbin 7-ci sinif şagirdi olan qız dərs zamanı pəncərədən yıxılıb. Telekanalın əməkdaşları hadisə ilə əlaqədar məktəbə gediblər. Orta məktəbin qarovulçusunun təkidi ilə bir qrup şəxs məktəbin həyətində çəkiliş qrupuna hücum edib. Hadisə nəticəsində operatorumuz müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əməkdaşlarımız dərhal DİN-in 102 xidmətinə məlumat veriblər və hadisə çevik qaydada nəzarətə götürülüb. Mətbuat nümayəndələrinə qarşı hüquqazidd əməl törətmiş şəxslərə qarşı məsuliyyət tədbirləri görülür".

 

İrana misli görülməmiş hücum - Hazırlıqlar başladı!
Son xəbərlərDaha çox