Azedu.az

Uşaqların da həyatını itirdiyi faciə - Bakı metrosunda unudulmayan gün

Hadisə

28 Oktyabr 2026, 09:59
Uşaqların da həyatını itirdiyi faciə - Bakı metrosunda unudulmayan gün

Bu gün, oktyabrın 28-də, Bakı metrosunda baş vermiş dəhşətli faciədən 31 il ötür. 1995-ci il oktyabrın 28-də baş verən hadisə Azərbaycanın tarixində ən ağır nəqliyyat faciələrindən biri kimi yadda qalıb. Yanğın nəticəsində yüzlərlə insan həyatını itirib və yaralanıb. Həlak olanlar arasında uşaqların da olması faciənin ağrısını daha da artırıb.

AzEdu.az xəbər verir ki, hadisə axşam saatlarında “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasında hərəkət edən qatarda baş verib. Qatar tuneldə olarkən yanğın yaranıb. Tüstü və alov vaqonları bürüyüb, sərnişinlərin təxliyəsi çətinləşib. Hadisə nəticəsində 289 nəfər həyatını itirib, 270 nəfər yaralanıb.

Faciənin ən ağrılı tərəflərindən biri uşaqların da həyatını itirməsidir. Məlumatlara görə, həlak olanlar arasında 28 uşaq olub. Onların hər biri bir ailənin övladı, valideynlərinin gələcəyə dair ümidləri idi. 

Bakı metrosunun ən dəhşətli faciəsindən 22 il ötdü - Oxu.az

Hadisə zamanı insanların həyatını xilas etmək üçün səy göstərənlər arasında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin baş leytenantı Çingiz Babayev və kursantlar Nicat Səfərov, Ruslan İsayev və Samir Məmmədov da olub. Onlar sərnişinlərin xilas edilməsində iştirak ediblər və özləri də faciənin qurbanlarına çevriliblər.

Çingiz Babayev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Nicat Səfərov, Ruslan İsayev və Samir Məmmədov isə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunublar.

Bakı metrosunda baş verən yanğın miqyasına və insan tələfatına görə dünya tarixinin ən ağır metro qəzalarından biri kimi tanınıb və “Ginnesin Rekordlar Kitabı”nda da yer alıb. Bu gün faciənin qurbanları ehtiramla yad edilir. Aradan 31 il keçsə də, həmin gün həyatını itirən insanların, o cümlədən uşaqların xatirəsi unudulmur. Hadisə insan həyatının dəyərini və nəqliyyat təhlükəsizliyinin əhəmiyyətini bir daha xatırladır.

Ramiz Mehdiyevin milyardları əlindən alınır - Şok sərvət siyahısı
Son xəbərlərDaha çox