Azedu.az

TTK güzəştlərindən ən çox hansı universitetin tələbələri yararlanıb?

Tələbələr

27 Oktyabr 2026, 10:50
TTK güzəştlərindən ən çox hansı universitetin tələbələri yararlanıb?

Təhsil Tələbə Krediti (TTK) üzrə 25% və 50% geriödəmə güzəşti əldə edən tələbələrin ali təhsil müəssisələri üzrə göstəriciləri açıqlanıb.

AzEdu.az-ın Təhsil Tələbə Krediti Fondundan əldə etdiyi məlumata əsasən, güzəştlərdən yararlanan tələbələrin sayına görə Bakı Dövlət Universiteti (BDU) 225 tələbə ilə ilk sırada qərarlaşıb.

Belə ki, siyahıda Azərbaycan Texniki Universiteti 110 tələbə ilə ikinci, Azərbaycan Dövlət Pedaqoji Universiteti isə 71 tələbə ilə üçüncü yerdə qərarlaşıb.

Digər ali təhsil müəssisələri üzrə göstəricilər aşağıdakı kimidir:

Azərbaycan Dillər Universitetində 67, Mingəçevir Dövlət Universitetində 64, Azərbaycan Dövlət İqtisad Universitetində 59, Odlar Yurdu Universitetində 50, Azərbaycan Texnologiya Universitetində 48, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 40, Gəncə Dövlət Universitetində isə 38 tələbə 25% və 50% geriödəmə güzəşti əldə edib.

Yüksək akademik göstəricilər tələbələrə təhsil kreditinin geri ödənilməsi zamanı 25 və 50 faiz güzəşt əldə etmək imkanı yaradır. Bu güzəştlər tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsində əlavə dəstək mexanizmi kimi çıxış edir.

Qeyd edək ki, təqdim olunan siyahıda 25 və 50 faiz geriödəmə güzəşti əldə edən tələbələrin sayı əks olunub.

Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...
Son xəbərlərDaha çox