Prezident təqaüdü tələbə qəbul imtahanlarında yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olunan gənclərə verilir.
Hər il 102 tələbənin bu təqaüdə layiq görülməsi onların universitetlər üzrə bölgüsünü və ali təhsil müəssisələrinin göstəricilərini müqayisə etməyə imkan yaradır.
AzEdu.az müxtəlif illərdə Prezident təqaüdünə layiq görülən tələbələrin universitetlər üzrə bölgüsünü araşdırıb.
2021-2022-ci tədris ili:
Bakı Ali Neft Məktəbi (BANM) - 33 nəfər
Azərbaycan Tibb Universiteti (ATU) - 25 nəfər
Bakı Dövlət Universiteti (BDU) - 15 nəfər
ADA Universiteti - 12 nəfər
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) - 8 nəfər
Dövlət İdarəçilik Akademiyası - 4 nəfər
Fransız-Azərbaycan Universiteti (UFAZ) - 2 nəfər
Xüsusi təyinatlı ali təhsil müəssisələri - 2 nəfər
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) -1 nəfər
2022-2023-cü tədris ili:
Bakı Ali Neft Məktəbi (BANM) - 31 nəfər
Azərbaycan Tibb Universiteti (ATU) - 23 nəfər
ADA Universiteti - 12 nəfər
Bakı Dövlət Universiteti (BDU) - 10 nəfər
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) - 9 nəfər
Dövlət İdarəçilik Akademiyası - 7 nəfər
Xüsusi təyinatlı ali təhsil müəssisələri - 4 nəfər
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) - 2 nəfər
Naxçıvan Dövlət Universiteti (NDU) - 2 nəfər
Fransız-Azərbaycan Universiteti (UFAZ) - 1 nəfər
Bakı Mühəndislik Universiteti (BMU) - 1 nəfər
2023-2024-cü tədris ili:
Bakı Ali Neft Məktəbi (BANM)- 29 nəfər
Azərbaycan Tibb Universiteti (ATU) - 25 nəfər
ADA Universiteti- 18 nəfər
Bakı Dövlət Universiteti (BDU) - 10 nəfər
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) - 10 nəfər
Dövlət İdarəçilik Akademiyası (DİA) - 6 nəfər
Naxçıvan Dövlət Universiteti (NDU) - 1 nəfər
Azərbaycan Dillər Universiteti (ADU) - 1 nəfər
Bakı Mühəndislik Universiteti (BMU) -1 nəfər
2024-2025-ci tədris ili:
Bakı Ali Neft Məktəbi (BANM) - 33 nəfər
Azərbaycan Tibb Universiteti (ATU) - 25 nəfər
ADA Universiteti - 20 nəfər
Bakı Dövlət Universiteti (BDU) - 4 nəfər
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)- 12 nəfər
Dövlət İdarəçilik Akademiyası - 7 nəfər
Qarabağ Universiteti- 1 nəfər
2025-2026-cı tədris ili:
Bakı Ali Neft Məktəbi (BANM) - 36 nəfər
Azərbaycan Tibb Universiteti (ATU) -26 nəfər
Bakı Dövlət Universiteti (BDU)- 16 nəfər
ADA Universiteti- 13 nəfər
Dövlət İdarəçilik Akademiyası- 5 nəfər
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)- 4 nəfər
Xüsusi təyinatlı ali təhsil müəssisələri -1 nəfər
Naxçıvan Dövlət Universiteti (NDU)- 1 nəfər
Təqdim olunan statistikaya əsasən, Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə ardıcıl olaraq ön sıralarda yer alıb. Azərbaycan Tibb Universiteti, ADA Universiteti və Bakı Dövlət Universiteti də yüksək nəticə göstərən abituriyentlərin daha çox üstünlük verdiyi ali təhsil müəssisələri sırasındadır. İllər üzrə bölgüdə diqqətçəkən məqamlardan biri də Qarabağ Universitetinin siyahıda təmsil olunmasıdır.
2024-2025-ci tədris ilində universitetin ilk Prezident təqaüdçüsü Nəsirova Zenfira Rəşadət qızı olub. Beləliklə, statistik göstəricilər Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsündə Bakı Ali Neft Məktəbi və Azərbaycan Tibb Universiteti kimi ali təhsil müəssisələrinin ön mövqeyini, eyni zamanda digər universitetlərin də siyahıda təmsil olunduğunu göstərir.