2025-ci ildə Azərbaycanda elmlər doktoru proqramı üzrə 173 nəfər məzun olub. Onlardan 8 nəfəri dissertasiya müdafiə etməklə proqramı başa vurub.
AzEdu.az-ın Dövlət Statika Komitəsindən əldə etdiyi məlumata əsasən, elmin sahələri üzrə məzunların ən çoxu filologiya sahəsinin payına düşüb.
Belə ki, bu sahə üzrə 42 nəfər məzun olub. İqtisad elmləri üzrə 22 nəfər, tibb üzrə 17 nəfər, yer elmləri üzrə 14 nəfər, texnika elmləri üzrə isə 11 nəfər proqramı bitirib.
Pedaqogika sahəsində 10 nəfər, kimya və aqrar elmlər üzrə ayrı-ayrılıqda 8 nəfər, sənətşünaslıq üzrə 7 nəfər, biologiya üzrə 6 nəfər məzun olub.
Tarix üzrə 5 nəfər, siyasi elmlər üzrə 4 nəfər, riyaziyyat və əczaçılıq üzrə ayrı-ayrılıqda 3 nəfər elmlər doktoru proqramını başa vurub.
Coğrafiya, hüquq, psixologiya, sosiologiya, milli təhlükəsizlik və hərbi elmlər sahələrinin hər biri üzrə 2 nəfər məzun olub.
Antropologiya, memarlıq və fəlsəfə sahələrində isə hər biri üzrə 1 nəfər məzun qeydə alınıb.
Dissertasiya müdafiə edən 8 nəfərin 4-ü iqtisad elmləri, 1-i kimya, 1-i yer elmləri, 1-i tibb, 1-i isə milli təhlükəsizlik və hərbi elmlər sahələrinin payına düşüb.
2025-ci ildə elmlər doktoru proqramı üzrə məzunların sayına görə filologiya və iqtisad elmləri ön sıralarda yer alıb. Ümumilikdə 173 nəfərin proqramı bitirməsinə baxmayaraq, yalnız 8 nəfər dissertasiya müdafiə edib. Bu göstəricilər elmlər doktoru proqramı üzrə məzunların böyük hissəsinin hesabat dövründə dissertasiya müdafiəsi etmədiyini göstərir.