Azərbaycanda son 10 ildə qiyabi (axşam) ümumtəhsil məktəblərinin sayı dəyişməyib.
AzEdu.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2015/2016-cı tədris ilində ölkədə 7 qiyabi (axşam) ümumtəhsil məktəbi fəaliyyət göstərib. Bu göstərici 2016/2017, 2017/2018, 2018/2019 və 2019/2020-ci illərdə də 7 olaraq qalıb.
2020/2021-ci tədris ilindən isə qiyabi (axşam) məktəblərin sayı 5-ə düşüb. Sonrakı dörd tədris ilində də bu göstərici dəyişməyərək 5 olaraq qalıb.
Eyni zamanda, həmin məktəblərdə təhsil alan şagirdlərin sayı son 10 ildə əhəmiyyətli dərəcədə azalıb. 2015/2016-cı ildə qiyabi (axşam) məktəblərində 2 772 şagird təhsil aldığı halda, 2024/2025-ci ildə onların sayı 666 nəfər olub.
Beləliklə, 10 il ərzində qiyabi (axşam) məktəblərində şagirdlərin sayı 2 106 nəfər və ya təxminən 76 faiz azalıb.10-11-ci siniflər üzrə şagirdlərin sayı da 2015/2016-cı ildəki 2 490 nəfərdən 2024/2025-ci ildə 439 nəfərə enib. Bu isə təxminən 82 faiz azalma deməkdir.