Azedu.az

Peşə təhsili əmək bazarının tələblərinə cavab verməlidir

Peşə təhsili

18 Noyabr 2026, 12:44
Peşə təhsili əmək bazarının tələblərinə cavab verməlidir

"Peşə təhsili beynəlxalq əmək bazarının tələblərinə uyğunlaşdırılmalıdır”.

AzEdu.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Peşə Təhsili Forumu çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda panelsessiyada çıxışı zamanı deyib.

Nazir bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi peşə təhsili və peşə hazırlığı proqramlarının beynəlxalq əmək bazarının tələb və standartlarına uyğunlaşdırılmasını əsas prioritetlərdən biri hesab edir.

Onun sözlərinə görə, əmək bazarında uğurlu fəaliyyət üçün yalnız biliklər deyil, həm də praktiki bacarıqlar mühüm əhəmiyyət daşıyır. Biliklər şəxsin işə qəbulunda rol oynadığı halda, onun peşəkar və karyera inkişafı həm bilik, həm də bacarıqlarından asılıdır.

Anar Əliyev qeyd edib ki, peşə təhsili və peşə hazırlığı sistemləri hər iki istiqamətdə inkişafı təmin etməli, beynəlxalq əmək bazarının tələblərinə cavab verməlidir.

Nazir əlavə edib ki, rəhbərlik etdiyi qurum bu sahədə fəaliyyətini davam etdirir və peşə təhsili, eləcə də peşə hazırlığı üzrə əmək standartlarının hazırlanmasına xüsusi diqqət yetirir.

Təcili xəbər! Mehdiyevdən məhkəməyə etiraz - Nə baş verir?
Son xəbərlərDaha çox