Azedu.az

Qadınlar peşə təhsilində də kişiləri üstələdi - 50 ixtisasda liderlik

Elm və təhsil

18 Noyabr 2026, 10:47
Qadınlar peşə təhsilində də kişiləri üstələdi - 50 ixtisasda liderlik

“Peşə təhsilində qadınların iştirak payı 40 faizə yüksəlib”.

AzEdu.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Peşə Təhsili Forumu 2026" tədbirində çıxışı zamanı deyib.

O, bildirib ki, son illərdə peşə təhsilində dövlət sifarişli yerlərin sayı və qadınların iştirak göstəricisi artıb:

“Əvvəlki dövrdə 16 min nəfər dövlət sifarişi əsasında peşə təhsili alırdısa, cari ildə bu göstərici 23 min nəfərə yüksəlib.

Xüsusi qeyd etmək istəyirəm ki, peşə təhsilində qadınların iştirak payı hər il dinamik artım nümayiş etdirərək 32 faizdən cari ildə 40 faizə çatıb. Bu tendensiyanı növbəti illərdə də qorumağa çalışacağıq.

Bu gün deyə bilərəm ki, 50-dən artıq ixtisas üzrə qadınların iştirak payı 70 faizdən çoxdur.

Bununla yanaşı, növbəti hədəflərimizdən biri olan yüksək texniki peşə təhsilinin peşə təhsili ilə ali təhsil sistemi arasında körpü rolunu oynadığının da şahidiyik”.

Son dəqiqə! İranda yenə ara qarışdı - Silahlılar hərəkətə keçdi
Son xəbərlərDaha çox