Azedu.az

Tələbələrə ictimai nəqliyyatda güzəşt edilsin - TƏKLİF

Tələbələr

17 Noyabr 2026, 15:16
Tələbələrə ictimai nəqliyyatda güzəşt edilsin - TƏKLİF

Milli Məclisin deputatı Günay Ağamalı ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin ictimai nəqliyyatdan güzəştli olmasını təklif edib.

AzEdu.az xəbər verir ki, parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı G. Ağamalı qeyd edib ki, tələbələrin gündəlik nəqliyyat xərcləri, xüsusilə aztəminatlı ailələrdən olan və regionlardan paytaxta təhsil almağa gələn gənclər üçün əlavə maddi yük yaradır:

"Belə güzəştlərin tətbiqi onların sosial müdafiəsini gücləndirməklə yanaşı, ailə büdcəsinə də müsbət təsir göstərəcək. Qənaətimə görə, aidiyyəti dövlət qurumları tərəfindən məsələnin maliyyə imkanları və tətbiq mexanizmləri araşdırılaraq müvafiq təkliflərin hazırlanması faydalı olar".

Rusiyada gərginlik! Dəhşətli t*error cəhdi - Ö*lənlər var
Son xəbərlərDaha çox