Azedu.az

Uşaqlar arasında arıqlama dərmanlarından istifadə artır

AzEdu Təhsil Platforması

17 Noyabr 2026, 14:22
Uşaqlar arasında arıqlama dərmanlarından istifadə artır

İngiltərədə yüzlərlə azyaşlı uşağa, o cümlədən 12 yaşdan kiçiklərə arıqlamaq məqsədilə istifadə olunan GLP-1 qrupuna aid dərmanlar təyin edilib.

AzEdu.az xəbər verir ki, “The Guardian” nəşrinin İngiltərənin Milli Səhiyyə Xidmətinin (NHS) məlumatları əsasında apardığı araşdırmaya görə, 2025-2026-cı illərdə 18 yaşdan kiçik 419 uşağa bu preparatlar üçün resept yazılıb. Onlardan 10-nun yaşı 12-dən az olub.

2026-cı ilin iyul ayınadək olan dörd aylıq müddətdə isə daha 341 uşaq bu dərmanlar üçün resept alıb. Onların 15-i 12 yaşdan kiçik olub.

Məlumatlara yalnız apteklərdə qarşılanan reseptlər daxil edilib. Özəl klinika və xəstəxanalarda yazılan reseptlər nəzərə alınmadığından, dərman təyin edilən uşaqların real sayının daha çox olduğu ehtimal edilir.

Əvvəlcə II tip diabetin müalicəsi üçün hazırlanan GLP-1 qrupuna aid preparatlardan hazırda piylənmənin müalicəsində də istifadə olunur.

Mütəxəssislər bildirirlər ki, bu dərmanlar uşaqlara yalnız ağır piylənmə hallarında və digər müalicə üsulları nəticə vermədikdə təyin edilməlidir. Preparatlardan istifadə edən uşaqların böyüməsi, yetkinlik dövründə inkişafı, qidalanması və psixoloji vəziyyəti daim nəzarətdə saxlanılmalıdır.

Qeyd olunur ki, müalicə dayandırıldıqdan sonra itirilmiş çəki yenidən bərpa oluna bilər.

İngiltərədə 4-5 yaşlı uşaqların 10,7 faizi, 10–11 yaşlıların isə 22,8 faizi piylənmədən əziyyət çəkir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da ötən ay yayımladığı təlimatda GLP-1 daxil olmaqla, piylənmə əleyhinə dərmanların 10 yaşdan kiçik uşaqlara təyin edilməməli olduğunu bildirib.

TƏCİLİ! ABŞ əlavə qoşun yığır - İrana dəhşətli hücum...
Son xəbərlərDaha çox