Azedu.az

Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur

Tələbələr

3 Noyabr 2026, 16:35
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur

Müəllimlər üçün ictimai nəqliyyatdan istifadəyə güzəştlərin tətbiqi ilə bağlı yeni təşəbbüs gündəmə gəlib. Bu addım təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması baxımından müsbət qiymətləndirilir.

Bəs tələbələr üçün də ictimai nəqliyyatdan istifadəyə hansı güzəştlər tətbiq oluna bilər?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirib ki, ictimai nəqliyyatdan istifadəyə görə tətbiq olunan güzəştlərin tələbələrə də şamil edilməsi məqsədəuyğun olardı:

Əllidən çox kollecin yalnız üçü, dördü normal təhsil verir

“Çünki tələbələr də hər gün ictimai nəqliyyatdan istifadə edir və onların da bu istiqamətdə müəyyən güzəştlərə ehtiyacı var. “TələbəPlus” kartları vasitəsilə ictimai nəqliyyatdan istifadə zamanı müvafiq endirimlərin tətbiqi tələbələrin sosial rifahına müsbət təsir göstərə bilər.

Bundan əlavə, tələbələrin nəqliyyat xərclərinin azaldılması məqsədilə digər ölkələrin təcrübəsindən də yararlanmaq mümkündür. Məsələn, Böyük Britaniyada illik nəqliyyat kartı əldə edən şəxslər müəyyən ödəniş müqabilində 50 faizə qədər endirim qazana bilirlər.

Digər Avropa ölkələrində isə fərqli modellər tətbiq olunur. Belə ki, tələbələrə əvvəlcədən müəyyən sayda gediş təqdim edilir və ya 50-60 gedişlik paketlərdən istifadə imkanı yaradılır. Bu gedişlər başa çatdıqdan sonra isə sərnişinlər mövcud standart tariflər əsasında ödəniş edirlər.

Düşünürəm ki, bu prinsiplərin tələbələrə də tətbiqi daha məqsədəuyğun olardı. Çünki güzəştlərin uzunmüddətli olması vacibdir. Məsələn, hazırda müəllimlər üçün bir gedişə görə 1 qəpik tarif tətbiq olunur. Gündəlik bir gediş nəzərə alınarsa, bu, ay ərzində təxminən 28-30 gediş deməkdir. Güzəştin bütün tədris ili ərzində qüvvədə olduğunu nəzərə alsaq, ümumilikdə 280-300 gedişə qənaət edilmiş olar. Mövcud tarif əsasında hesablandıqda isə bu, müəllimlərin büdcəsində əhəmiyyətli məbləğin qalması deməkdir.

Eyni yanaşmanın tələbələrə də şamil edilməsi onların nəqliyyat xərclərinin azalmasına və sosial rifahının yaxşılaşmasına töhfə verə bilər”.

TƏCİLİ! İranda əhaliyə şok xəbərdarlıq - Dağıdıcı hücumlar...
Son xəbərlərDaha çox