Azedu.az

Məktəblimiz Latviyada bürünc medal qazanıb

Orta təhsil

30 Oktyabr 2026, 10:04
Məktəblimiz Latviyada bürünc medal qazanıb

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şabran rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin stolüstü tennis üzrə idmançısı Tunar Bağırov Latviyada keçirilən “Riga City Council's Youth Cup 2026” beynəlxalq turnirində U19 kateqoriyası üzrə III yeri tutub.

AzEdu.az xəbər verir ki, bu, 16 yaşlı idmançının beynəlxalq turnirlərdə qazandığı 12-ci mükafatdır. Onun məşqçi-müəllimi Zakir Cavadovdur.

Türkiyədən Bakını "vuranlara" Fələstin şapalağı - Ərdoğan nə edəcək?
Son xəbərlərDaha çox