Azedu.az

Ülkər Səttarova Naxçıvan kolleclərində olub

AzEdu Təhsil Platforması

30 Oktyabr 2026, 10:27
Ülkər Səttarova Naxçıvan kolleclərində olub

Oktyabrın 29-da Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Naxçıvana səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Texniki Kollecdə və Musiqi Kollecində, eləcə də Naxçıvan Tibb Kollecində olub.

Bu barədə AzEdu.az-a EATDA-dan məlumat verilib.

Bildirilib ki, səfər zamanı kolleclərin infrastrukturu, maddi-texniki bazası və tədris şəraiti ilə tanışlıq olub, müəssisələrin rəhbər və pedaqoji heyəti ilə görüşlər keçirilib.

Görüşlərdə tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi və ixtisaslar üzrə kadr hazırlığının təkmilləşdirilməsi məsələləri müzakirə olunub. Tədris imkanlarından səmərəli istifadə və əmək bazarının tələblərinə uyğun kadr hazırlığına diqqətin artırılmasının vacibliyi vurğulanıb.

Ülkər Səttarova kolleclərin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələrini verib, qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icrasının əhəmiyyətini qeyd edib. 

Türkiyədən Bakını "vuranlara" Fələstin şapalağı - Ərdoğan nə edəcək?
Son xəbərlərDaha çox