“Şagird müəlliminin sosial şəbəkələrdən həddindən artıq istifadə etdiyini görürsə, özünə qoyulan məhdudiyyəti necə düzgün qəbul etsin?”.
Bu fikirləri “AzEdu Podkast”da təhsil tədqiqatçısı Elmin Nuri səsləndirib.
Onun sözlərinə görə, müəllimlərə sosial şəbəkələrdən istifadəyə məhdudiyyət qoyulması məsələsinə münasibət bildirərkən beynəlxalq təcrübə araşdırılmalıdır. Avropa, ABŞ, Cənubi Koreya, Yaponiya, Sinqapur və Malayziya kimi ölkələrdə müəllimlərə və şagirdlərə tətbiq olunan qaydalar nəzərdən keçirilməlidir.
"Təhsil prosesində şagird, müəllim, valideyn və məktəb rəhbərliyi bir-birindən ayrı düşünülməməlidir. Şagirdlərə tətbiq olunan müəyyən qaydaların müəllimlərə də şamil edilməsi təbii qarşılanmalıdır. Çünki tədris vahid prosesdir və onun iştirakçıları arasında uyğunluq olmalıdır.
Bəzi ölkələrdə azyaşlıların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər qoyulur. Bu yanaşmanın əsas məqsədlərindən biri təhsil mühitində vahid qaydaların formalaşdırılmasıdır",- deyə E.Nuri qeyd edib.
Ekspert vurğulayıb ki, müəllimlərin sosial şəbəkələrdəki davranışları şagirdlərə də təsir göstərir. Şagird müəlliminin YouTube, TikTok və Instagram kimi platformalardan həddindən artıq istifadə etdiyini görərsə, özünə tətbiq olunan məhdudiyyətləri qəbul etməkdə çətinlik çəkə bilər. Buna görə də şagirdlərin psixologiyası nəzərə alınmalı və təhsil prosesinin bütün iştirakçıları üçün uyğun davranış prinsipləri müəyyənləşdirilməlidir.
Daha ətraflı linkdən izləyə bilərsiz: