Azedu.az

Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib? - VİDEO

AzEdu Təhsil Platforması

29 Oktyabr 2026, 08:57
Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib? - VİDEO

Paytaxtın Badamdar qəsəbəsində yerləşən "EOS uşaq inkişaf mərkəzi"ndə baş verən hadisə ilə bağlı yenə şikayət var.

AzEdu.az Xəzər TV-yə istinadla xəbər verir ki, bir müddət əvvəl yayılan görüntülərlə bağlı danışan valideynlər iddia ediblər ki, uşaqlara qarşı zorakılıq edən şəxs bağçanın direktorudur.

Onun sözlərinə görə, həmin qadınla bağlı dəfələrlə şikayət edilsə də, o, uşaqlara qarşı zorakılıq göstərməkdə davam edib.

Valideynlər bağçaya hər uşaq üçün 200 manat ödədiklərini, bunun qarşılığında isə azyaşlılara heç bir diqqət göstərilmədiyini, əksinə, uşaqların müəssisədə sarısıntı keçirdiklərini bildiriblər.

İrana misli görülməmiş hücum - Hazırlıqlar başladı!
Son xəbərlərDaha çox