Azedu.az

Çində yaşlıların sayı uşaqları üstələdi

Maraqlı

28 Oktyabr 2026, 14:43
Çində yaşlıların sayı uşaqları üstələdi

Çində ilk dəfə olaraq yaşlı əhalinin əmək qabiliyyətli əhaliyə nisbəti uşaqların göstəricisini üstələyib. Bu dəyişiklik ölkənin iqtisadiyyatına, pensiya sisteminə və səhiyyə xərclərinə təsirləri baxımından diqqət çəkir.

AzEdu.az xəbər verir ki, rəsmi məlumatlara görə, 2025-ci ildə Çində əmək qabiliyyətli əhaliyə düşən yaşlıların nisbəti 23 faiz, 14 yaşadək uşaqların nisbəti isə 22 faiz olub.

Hazırda ölkədə 65 yaşdan yuxarı 223 milyondan çox insan yaşayır. Bu, ümumi əhalinin təxminən 16 faizidir. Uşaqların sayı isə 213 milyon nəfər civarındadır.

Mütəxəssislər əhalinin yaşlanmasının işçi qüvvəsinin azalmasına, iqtisadi artımın zəifləməsinə və pensiya xərclərinin artmasına səbəb ola biləcəyini bildirirlər.

Demoqrafik dəyişikliklərin əsas səbəblərindən biri 1980-2015-ci illərdə tətbiq edilən tək uşaq siyasəti hesab olunur. Yaşayış xərclərinin artması və sosial dəyişikliklər də doğum səviyyəsinin azalmasına təsir göstərib.

Hökumət ailələri daha çox uşaq sahibi olmağa təşviq etsə də, doğum göstəriciləri tarixi minimum səviyyələrə enib. Eyni zamanda, yaşlılara sosial dəstəyin artırılması dövlətin əsas prioritetlərindən birinə çevrilib.

Mehdiyevə görə kimlər cəzalanacaq? - Milyardların taleyi...
Son xəbərlərDaha çox