Azedu.az

Azərbaycanlı alimlər beynəlxalq konfransda çıxış ediblər

AzEdu Təhsil Platforması

28 Oktyabr 2026, 11:31
Azərbaycanlı alimlər beynəlxalq konfransda çıxış ediblər

Qazaxıstanın Türküstan şəhərindəki Xoca Əhməd Yəsəvi adına Türk-Qazax Universitetində I Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş Gənc Türkoloqların V Beynəlxalq Konfransı keçirilib. Tədbirdə Azərbaycanı AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi əməkdaşları Vüsalə Beydullazadə və Günel Əliyeva təmsil ediblər.

İnstitutdan AzEdu.az-a bildirilib ki, Qazaxıstan, Türkiyə, Azərbaycan, Özbəkistan, Xorvatiya, Rusiya və digər ölkələrdən təxminən 70 gənc tədqiqatçı və tələbəni bir araya gətirən konfrans türk xalqlarının dili, ədəbiyyatı, tarixi və mədəni irsi ilə bağlı aktual məsələlərə dair gənc alimlərin elmi tədqiqatlarını dəstəkləmək, təcrübə mübadiləsi aparmaq və beynəlxalq akademik əlaqələri gücləndirmək üçün imkan yaradıb.

Konfrans Xoca Əhməd Yəsəvi Türk-Qazax Universiteti, Türkiyənin Ordu şəhər Universiteti və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən birgə təşkil olunub.

Tədbir Xoca Əhməd Yəsəvi Türk-Qazax Universitetinin Himayəçilər Şurasının sədri Hüseyin Karamanın videomüraciəti ilə başlayıb. Daha sonra Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Türkiyədəki Ordu Universitetinin rektoru Orhan Baş, Xoca Əhməd Yəsəvi Türk-Qazax Universitetinin rektoru Janar Temirbekova çıxış ediblər.

Vüsalə Beydullazadənin “Türk-İslam memarlıq irsi: Azərbaycan materialları kontekstində dekorativ keramikanın rolu” və Günel Əliyevanın “Xaraba-Gilan arxeoloji abidəsindən ipək parçalar: Orta əsr türk mədəni qarşılıqlı əlaqələrinə dair fikirlər” mövzularında çıxışları beynəlxalq konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Mehdiyev işində kritik qərar! Harada qalacaq? Daha kimlər tutulacaq?
Son xəbərlərDaha çox