Azedu.az

Azərbaycanlı gənclər xaricdə təhsil üzrə ən çox bu ölkələri seçir - SİYAHI

Ali təhsil

Xarici təhsil

16 İyul 2026, 12:47
Azərbaycanlı gənclər xaricdə təhsil üzrə ən çox bu ölkələri seçir - SİYAHI

Xaricdə təhsil almaq bir çox gəncin xəyalıdır. Dünyanın nüfuzlu universitetlərində təhsil almaq, beynəlxalq təcrübə qazanmaq və fərqli ölkələrin akademik mühitini yaxından tanımaq azərbaycanlı tələbələrin də əsas hədəfləri sırasında yer alır.

Xaricdə təhsil almaq istəyən gənclərimizin ən çox və ən az seçdiyi ölkələri sıraladıq.

AzEdu.az “2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində təhsil almaq hüququ qazanan 1752 nəfərin seçdiyi ölkələri təhlil edib.

Təhlilin nəticələrinə əsasən, azərbaycanlı tələbələrin ən çox üstünlük verdiyi ölkə Böyük Britaniya olub.

Dövlət proqramı çərçivəsində xaricdə təhsil almağa gedən tələbələrin ölkə seçiminə görə ilk sırada Böyük Britaniya yer alıb. Bu ölkədə ümumilikdə 1008 Azərbaycanlı tələbə təhsil almaq hüququ qazanıb. İkinci yerdə 254 tələbə ilə Amerika Birləşmiş Ştatları, üçüncü yerdə isə 177 tələbə ilə Türkiyə yer alıb.

Siyahıda daha sonra Almaniya 69 tələbə ilə, İtaliya 48 tələbə ilə, Çin 34 tələbə ilə, Avstraliya 29 tələbə ilə, Belçika 22 tələbə ilə və Niderland 20 tələbə ilə yer alıb.

Daha az tələbənin seçdiyi ölkələr sırasında isə Kanada 17, Sinqapur 16, İsveçrə 15, İsveç 9, Cənubi Koreya 6, İrlandiya və Estoniya 5, İsrail və Fransa 4, İspaniya və Finlandiya 3, Danimarka 2, Norveç və Rusiya isə 1 Azərbaycanlı tələbə ilə yer alıb.

Beləliklə, dövlət proqramı çərçivəsində Azərbaycanlı tələbələrin ən çox seçdiyi istiqamət Avropa ölkələri və ABŞ olub. Ən az seçilən ölkələr sırasında isə Norveç, Rusiya və Danimarka yer alıb.

İranda xalq ayağa qalxdı - Putin təcili təyyarə göndərdi
Son xəbərlərDaha çox