Azedu.az

Ağıllı eynək, gizli kamera və qulaqcıq: Cənubi Koreyada imtahan qalmaqalı

Xarici təhsil

21 Noyabr 2026, 17:22
Ağıllı eynək, gizli kamera və qulaqcıq: Cənubi Koreyada imtahan qalmaqalı

Cənubi Koreyada universitetlərə qəbul imtahanı zamanı elektron cihazlarla bağlı 111 qayda pozuntusu aşkarlanıb. Pozuntular arasında ağıllı eynəklər, mobil telefonlar və digər elektron vasitələrdən istifadə halları da var.

AzEdu.az-ın “Yonhap” xəbər agentliyindən əldə etdiyi məlumata əsasən, noyabrın 19-da keçirilən 2027-ci il Universitetə Qəbul İmtahanı (CSAT) zamanı qeydə alınan halların 54-ü mobil telefonlara göndərilən fövqəladə xəbərdarlıq mesajları vasitəsilə müəyyən edilib. Digər 52 hal yoxlamalar zamanı aşkarlanıb, 5 namizəd isə imtahan zamanı elektron cihazlardan istifadə edərkən yaxalanıb.

Qeyd edək ki, bu il imtahanlarda təhlükəsizlik tədbirləri gücləndirilib. Buna səbəb mühasibat imtahanının ən yüksək nəticə göstərən iştirakçısının süni intellekt və elektron cihazların köməyi ilə köçürdüyünü etiraf etməsindən sonra yaranan ictimai narazılıq olub.Aşkarlanan hallar arasında bir namizədin ağıllı eynəkdən, digərinin isə kiçik kamera və simsiz qulaqcıqlardan istifadə etdiyi müəyyənləşdirilib.

Cənubi Koreya Təhsil Nazirliyi qayda pozuntularında iştirak edən namizədlərlə bağlı araşdırmaların davam etdirildiyini və hər bir hal üzrə müvafiq tədbirlərin görüləcəyini açıqlayıb. Süni intellekt vasitəsilə imtahanda köçürmə hallarına qarşı daha sərt cəzaların tətbiqi də nəzərdən keçirilir.

Bağça müəllimlərinin çoxu sertifikasiyadan KƏSİLƏCƏK
Son xəbərlərDaha çox