Azedu.az

Xaricdə dövlət xətti ilə təhsil alan azərbaycanlıların SAYI

Xarici təhsil

15 Oktyabr 2026, 14:29
Xaricdə dövlət xətti ilə təhsil alan azərbaycanlıların SAYI

2025/2026-cı tədris ilinin əvvəlinə olan statistikaya əsasən xarici ölkələrin ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil alan Azərbaycan gənclərinin sayı açıqlanıb.

AzEdu.az-ın Dövlət Statika Komitəsindən əldə etdiyi məlumata əsasən, həmin dövrdə xaricdə dövlət xətti ilə təhsil alan azərbaycanlıların sayı 2045 nəfər olub.

Onlardan 173 nəfəri MDB (Müstəqil Dövlətlər Birliyi) ölkələrinin, 1 872 nəfəri isə digər ölkələrin ali təhsil müəssisələrində təhsil alıb.

MDB ölkələri üzrə göstəricilər belədir:

Rusiya Federasiyası: 158 nəfər
Qazaxıstan: 14 nəfər
Tacikistan: 1 nəfər

Digər ölkələrdə təhsil alan azərbaycanlıların sayı isə aşağıdakı kimidir:

Türkiyə: 715 nəfər
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı: 438 nəfər
Macarıstan: 212 nəfər
ABŞ: 174 nəfər
Çin: 104 nəfər
Almaniya: 44 nəfər
İtaliya: 28 nəfər
Latviya: 26 nəfər
Avstriya: 23 nəfər
Fransa: 19 nəfər
Kanada: 12 nəfər
Niderland: 11 nəfər
İsveçrə: 9 nəfər
Rumıniya: 9 nəfər
İrlandiya: 7 nəfər
Koreya Respublikası: 7 nəfər
İspaniya: 5 nəfər
Portuqaliya: 4 nəfər
Belçika: 3 nəfər
Birləşmiş Ərəb Əmirlikləri: 2 nəfər
Çexiya: 1 nəfər
Finlandiya: 1 nəfər
İsveç: 1 nəfər
İsrail: 1 nəfər
Malayziya: 1 nəfər

Qeyd edək ki, dövlət xətti ilə xaricdə təhsil alan azərbaycanlı gənclərin ən çoxu Türkiyədə təhsil alır.

Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?
Son xəbərlərDaha çox