"Elektron attestat və diplomların hüquqi qüvvəsi açıqlanb".
AzEdu.az xəbər verir ki, elektron attestat və diplomlarla bağlı sualı cavablandıran Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, bu ildən etibarən attestat və diplomlar elektron formada verilir.
Onun sözlərinə görə, layihənin ilk ili olması və apostillərin hələ elektron formada verilməməsi nəzərə alınaraq, xaricdə təhsil üçün müraciət edən şəxslərin sənədləri müvəqqəti olaraq “Elektron Notariat” sistemi vasitəsilə təsdiqlənir və çap olunmuş formada təqdim edilir.
Vüsal Xanlarov qeyd edib ki, növbəti ildən aidiyyəti nazirliklərlə birlikdə apostillərin də elektron qaydada verilməsi istiqamətində işlər aparılacaq.
O, həmçinin vurğulayıb ki, bu il verilən elektron təhsil sənədləri tam rəsmi hüquqi qüvvəyə malikdir və Azərbaycan Respublikasının dövlət nümunəli sənədidir.