Azedu.az

Bəzi məktəblərin adları dəyişdirilib

AzEdu Təhsil Platforması

31 Oktyabr 2026, 11:00
Bəzi məktəblərin adları dəyişdirilib

Quba rayonunda yerləşən bir sıra məktəbəqədər və ümumi təhsil müəssisələrinin adları dəyişdirilib.

AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq qərarında qeyd olunub.

Qərara əsasən, nazirliyin tabeliyindəki məktəbəqədər və ümumi təhsil müəssisələrinin siyahısında dəyişiklik edilib.

Quba rayonunun məktəbəqədər təhsil müəssisələri üzrə Timiryazev adı Bəhrəli, Alekseyevka adı isə Çinarlı ilə əvəzlənib.

Ümumi təhsil müəssisələri üzrə isə Vladimirovka adı Elbir, Alekseyevka adı Çinarlı ilə dəyişdirilib.

Dəyişikliklər “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” 2026-cı il 12 may tarixli qanunun icrası ilə əlaqədar həyata keçirilib.

Qərarın üç gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunması tapşırılıb.

Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir
Son xəbərlərDaha çox