Rusiyada müəllimlərin statusunu təsdiqləyən vahid vəsiqənin tətbiqi təklif olunur.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Təhsil Nazirliyi müəllimlərin statusunu təsdiqləyən vahid nümunəli vəsiqənin tətbiqi ilə bağlı qərar layihəsi hazırlayıb.
Layihədə vəsiqənin verilməsi qaydasının müəyyənləşdirilməsi nəzərdə tutulur. Təşəbbüs müəllimlərin peşəkar statusunun təsdiqlənməsi və onlara dəstək tədbirlərinin genişləndirilməsi istiqamətində atılan addımlardan biri kimi təqdim olunur.
Sənədin tətbiqi ilə bağlı yekun qərar və vəsiqənin verilmə şərtləri barədə əlavə məlumatların açıqlanması gözlənilir.