Azedu.az

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

Ali təhsil

23 Oktyabr 2026, 15:57
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

Lənkəran Dövlət Universitetinin (LDU) Aqrar və mühəndislik fakültəsinin tələbələri tədris təcrübə bazasında yetişdirdikləri 1 tondan artıq sitrus meyvələrini Bakı və Bakıətrafı rayonlarda yerləşən 8 uşaq evi sosial xidmət müəssisəsinə göndəriblər.

AzEdu.az xəbər verir ki, sovqat qismində göndərilən sitrus məhsulları LDU-nun aqrar tədris təcrübə bazasında aqrar yönümlü ixtisasların tələbələri tərəfindən yetişdirilib. Artıq 3 ildir ki, ənənəvi olaraq icra edilən bu xeyriyyə missiyası tələbələrdə sosial məsuliyyət hissini gücləndirmək məqsədi daşıyır.

Sosial xidmət müəssisələrinin rəhbərləri uşaqlara göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə və tələbə heyətinə minnətdarlıqlarını ifadə ediblər.

Xatırladaq ki, LDU-nun 2.7 hektarlıq aqrar tədris təcrübə bazasında limon, narıngi, portağal, kivi, feyxoa və s. sitrus meyvələr yetişdirilir.

Moskvaya kütləvi hücum aeroportlar bağlandı
Son xəbərlərDaha çox