Azedu.az

Ali təhsilə qəbulda yeni qaydalar hazırlanır

Ali təhsil

24 Oktyabr 2026, 10:07
Ali təhsilə qəbulda yeni qaydalar hazırlanır

Cənubi Koreyanın Təhsil Nazirliyi universitetlərə qəbul prosesində şəffaflığın və ədalətliliyin artırılması məqsədilə yeni tədbirlər hazırlayır.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, nəzərdə tutulan dəyişikliklərə müraciət nömrələrinin təsadüfi qaydada verilməsi və müsabiqə göstəricilərinin açıqlanma vaxtının dəyişdirilməsi daxildir.

Yeni tədbirlərin əsas məqsədi qəbul prosesində mümkün ayrı-seçkilik və müdaxilə risklərini azaltmaq, eləcə də namizədlər üçün bərabər imkanların təmin edilməsidir.

Qeyd edək ki, universitetlərə qəbul sistemində şəffaflığın artırılması ali təhsildə etimadın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Moskvaya kütləvi hücum aeroportlar bağlandı
Son xəbərlərDaha çox