Azedu.az

“Vahid geyim kollektiv birliyin rəmzidir” - Məktəbdən təşəbbüsə dəstək

Müəllimlər və elm adamları

20 Oktyabr 2026, 13:48
“Vahid geyim kollektiv birliyin rəmzidir” - Məktəbdən təşəbbüsə dəstək

"Müəllim yalnız öyrədən deyil, həm də davranışı, görünüşü və dəyərləri ilə nümunə olandır".

Bu sözləri AzEdu.az-a açıqlamasında Cəlilabad rayon S.Əsədov adına Əliqasımlı kənd tam orta məktəb ümumtəhsil məktəbin tədris işləri üzrə direktor müavini Tural Mehtiyev qeyd edib.

O, bildirib ki, vahid geyim sadəcə zahiri görünüş deyil:

"Cəlilabad rayonu Samir Əsədov adına Əliqasımlı kənd tam orta ümumtəhsil məktəbinin pedaqoji kollektivi olaraq təhsil verənlərin vahid geyim ənənəsini dəstəkləyir, bu təşəbbüsü məktəb mədəniyyətinin, peşəkar həmrəyliyin və təhsilə məsuliyyətli münasibətin ifadəsi kimi dəyərləndiririk.

Vahid geyim sadəcə zahiri görünüş deyil. O, kollektiv birliyin, peşəyə hörmətin, nizam-intizamın və ortaq dəyərlərə sədaqətin rəmzidir. Müəllimin səliqəli görünüşü və peşə məsuliyyəti şagirdlər üçün nümunəvi təhsil mühitinin formalaşmasına töhfə verir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin geyim qaydalarına dair müvafiq qərar və tələblərini rəhbər tutaraq, məktəbimizdə birlik, məsuliyyət və nümunəvilik prinsiplərini ön planda saxlayırıq.

İnanırıq ki, güclü təhsil ortaq dəyərlərə söykənən, birliyi ilə seçilən və gələcəyə nümunə olan müəllim kollektivindən başlayır.Bir kollektiv, ortaq dəyərlər, vahid məqsəd  keyfiyyətli təhsil və parlaq gələcək!",- deyə bildirib.

Rusiya üçün ağır itki - Şok ölüm xəbəri yayıldı
Son xəbərlərDaha çox