Azedu.az

Kolleclərdə 6 mindən çox müəllim var, bəs neçəsi alimdir? - SAY

Müəllimlər və elm adamları

12 Oktyabr 2026, 09:14
Kolleclərdə 6 mindən çox müəllim var, bəs neçəsi alimdir? - SAY

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində çalışan professor-müəllim heyətinin sayı açıqlanıb.

AzEdu.az-ın Dövlət Statika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2025/2026-cı tədris ilinin əvvəlinə orta ixtisas təhsili müəssisələrində professor-müəllim heyətinin sayı 6 352 nəfər təşkil edib. Bu göstərici 2024/2025-ci tədris ilində 6 374 nəfər olub.

Məlumata görə, 2025/2026-cı tədris ilində orta ixtisas təhsili müəssisələrində çalışan müəllimlərdən 9 nəfəri elmlər doktoru, 104 nəfəri isə fəlsəfə doktorudur.

Elmi adlara gəlincə, professorların sayı 10, dosentlərin sayı isə 31 nəfər təşkil edib.

Statistikada qadınların sayı da əksini tapıb. Belə ki, 2025/2026-cı tədris ilinin əvvəlinə orta ixtisas təhsili müəssisələrində professor-müəllim heyətinin tərkibində 4 940 qadın olub. Müqayisə üçün qeyd edək ki, 2024/2025-ci tədris ilində bu göstərici 5 007 nəfər təşkil edib.

Qeyd edək ki, 2015/2016-cı tədris ilində orta ixtisas təhsili müəssisələrində professor-müəllim heyətinin ümumi sayı 6 104 nəfər olduğu halda, 2023/2024-cü tədris ilində bu rəqəm 6 449 nəfərə yüksəlib. Son iki tədris ilində isə azalma qeydə alınıb.

TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı
Son xəbərlərDaha çox