Azedu.az

"Tiktok"da məktəbə hücum edəcəklərini deyən şagirdlər həbs olundu

AzEdu Təhsil Platforması

10 Oktyabr 2026, 16:08
"Tiktok"da məktəbə hücum edəcəklərini deyən şagirdlər həbs olundu

Türkiyənin Sandıklı rayonunda "TikTok"da məktəbə hücum etməklə hədəyələn üç yeniyetmə saxlanılıb.

AzEdu.az yerli mediaya istinadla xəbər verir ki, 15 yaşlı T.G., 15 yaşlı E.H.A. və 16 yaşlı F.Y.C. sentyabrın 8-də rayondakı liseylərdən biri ilə bağlı təhdid dolu video çəkərək "TikTok"da paylaşıblar.

Hadisə ilə bağlı istintaq başladılıb. Polis əməkdaşları yeniyetmələri saxlayıb, sübutların aşkar edilməsi məqsədilə yaşadıqları ünvanlarda axtarış aparıblar.

Polisdəki prosedurlardan sonra hər üç yeniyetmə məhkəməyə aparılıb. Məhkəmənin qərarı ilə onlardan ikisi barəsində həbs, biri barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...
Son xəbərlərDaha çox