Azedu.az

Yardımlıda körpünün altından məktəblinin meyiti tapıldı

Hadisə

24 Noyabr 2026, 23:20
Yardımlıda körpünün altından məktəblinin meyiti tapıldı

Yardımlıda məktəblinin meyiti tapılıb.

AzEdu.az-ın məlumatına görə, hadisə rayonun Gendərə kəndində baş verib.

Belə ki, ikinci sinif şagirdi Ə.Q. məktəbdən evə qayıtmayıb. Onun evə gəlmədiyini görən anası əvvəlcə uşağın babasıgilə getdiyini düşünüb. Lakin axtarışlar zamanı məktəblinin meyiti kənddəki körpünün altında aşkarlanıb.

İlkin ehtimala görə, Ə.Q. körpüdən yıxılaraq ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəblərini araşdırır.

Rusiya ordusunda DƏHŞƏTLİ İTKİLƏR - Şok rəqəmlər üzə çıxdı
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox