Azedu.az

Təhsil müəssisələri necə maliyyələşir? - Büdcədən əlavə gəlir MƏNBƏLƏRİ

Təhsil hüququ və qanunvericilik

24 Noyabr 2026, 16:36
Təhsil müəssisələri necə maliyyələşir? - Büdcədən əlavə gəlir MƏNBƏLƏRİ

Dövlət və bələdiyyə təhsil müəssisələrinin maliyyələşdirilməsi müxtəlif mənbələr hesabına həyata keçirilir.

AzEdu.az-ın “Təhsil haqqında” Qanuna istinadən xəbərinə görə, dövlət və bələdiyyə təhsil müəssisələri bir neçə istiqamət üzrə maliyyələşdirilir.

Belə ki, maliyyə mənbələrindən biri qanunvericiliyə uyğun olaraq dövlət büdcəsindən və yerli büdcələrdən ayrılan vəsaitlərdir. Bununla yanaşı, ödənişli təhsildən daxil olan vəsaitlər də müəssisələrin maliyyələşməsində istifadə olunur.

Qanuna əsasən, hüquqi və fiziki şəxslər, o cümlədən əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər tərəfindən qanunvericiliyə uyğun verilən qrantlar, vəsiyyət olunan vəsaitlər, ianələr və yardımlar da maliyyə mənbələri sırasındadır.

Bundan başqa, müsabiqə əsasında dövlət tərəfindən ayrılan elmi tədqiqat qrantları, təhsil müəssisələrinin təhsil, elm, istehsal, məsləhət və qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərindən əldə etdiyi gəlirlər də bu siyahıya daxildir.

Həmçinin hüquqi və fiziki şəxslərin müqavilə əsasında mütəxəssis hazırlığı, ixtisasartırma və kadrların yenidən hazırlanması üçün ayırdıqları vəsaitlər, dövlət orqanları tərəfindən maliyyələşdirilən məqsədli proqram və layihələrdən əldə olunan gəlirlər də təhsil müəssisələrinin maliyyələşmə mənbələridir.

Maddədə təhsil müəssisələrinin mülkiyyətində olan fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlıqların, nəqliyyat vasitələrinin və təhsil məqsədləri üçün yararsız digər əmlakın satışından əldə edilən vəsaitlər də nəzərdə tutulur.

Eyni zamanda, beynəlxalq əməkdaşlıq çərçivəsində qanunvericiliyə uyğun əldə olunan qrantlar və digər vəsaitlər də maliyyələşmə mənbələri hesab edilir.

Qeyd edək ki, qanunvericilik dövlət və bələdiyyə təhsil müəssisələrinin maliyyələşdirilməsi üçün sadalanan mənbələrlə yanaşı, qanunla qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlərə də imkan verir.

ŞOK HÜCUM! Ukrayna ordusu Rusiyaya girdi - Bu ərazini ələ keçirdi
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox