Danimarkada 2027-2028-ci tədris ilindən etibarən ibtidai və orta məktəblərdə mobil telefonlardan istifadəyə qadağa qoyulacaq.
AzEdu.az xəbər verir ki, bu barədə Danimarka Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yeni qaydalar yalnız mobil telefonları deyil, internetə çıxışı olan digər şəxsi elektron cihazları da əhatə edəcək. Eyni zamanda, məktəblərin internet şəbəkələrində məzmun filtrləmə sistemi tətbiq olunacaq.
Yeni tənzimləməyə əsasən, dərs saatlarında sosial media, onlayn oyun və alış-veriş saytları kimi təhsillə əlaqəsi olmayan platformalara giriş məhdudlaşdırılacaq. Hansı saytların bloklanacağına isə bələdiyyələr və məktəblər qərar verəcək.
Danimarkanın təhsil naziri Maqnus Heunicke uşaqların sosial media, onlayn alış-veriş və oyunlar səbəbindən diqqətlərinin yayınmadan təhsil ala bilmələrinin vacibliyini vurğulayıb.