Azedu.az

BDU-nun 9 fakültəsinə dekan AXTARILIR

AzEdu Təhsil Platforması

24 Noyabr 2026, 10:09
BDU-nun 9 fakültəsinə dekan AXTARILIR

Bakı Dövlət Universitetində (BDU) 9 fakültə üzrə dekan vəzifələrinin tutulması üçün müsabiqə elan olunub.

Bu barədə AzEdu.az-a Bakı Dövlət Universitetindən məlumat verilib.

Məlumata görə, dekan vəzifəsi üzrə müsabiqə fakültələr üzrə Tarix, Biologiya, Mexanika-riyaziyyat, Geologiya, Filologiya, Fizika, Sosial elmlər və psixologiya, İnformasiya və sənəd menecmenti, Jurnalistika fakültələri üzrə elan edilib.

Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən şəxslərin sənədləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul ediləcək. Sənədlərin qəbulu bu gündən başlayaraq bir ay müddətində Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi 33 ünvanında aparılacaq.

Qeyd edək ki, müsabiqə sözügedən fakültələrdə hazırda fəaliyyət göstərən dekanların səlahiyyət müddətinin başa çatması ilə əlaqədar elan edilib.

NATO-dan dəhşətli mühadibə anonsu - Hazırlıq başladı!
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox