Azedu.az

Kollec bitirən müəllimlər əsasən bu fənləri tədris edir

Müəllimlər və elm adamları

23 Noyabr 2026, 14:23
Kollec bitirən müəllimlər əsasən bu fənləri tədris edir

Azərbaycanda ingilis dili və informatika müəllimləri arasında orta ixtisas təhsilli pedaqoqların payı digər fənlərlə müqayisədə daha yüksəkdir.

AzEdu.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ümumi təhsil müəssisələrində 13 304 ingilis dili müəllimi fəaliyyət göstərib. Onların 80,8 faizinin ali, 19,2 faizinin isə orta ixtisas təhsili olub.

İnformatika müəllimlərinin sayı 6 219 nəfər təşkil edib. Bu fənn üzrə müəllimlərin 87,4 faizi ali, 12,5 faizi orta ixtisas təhsilli olub.

Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin sayı 15 074 nəfər olub. Onların 98,4 faizi ali, 1,6 faizi orta ixtisas təhsili alıb.

Riyaziyyat fənni üzrə 13 323 müəllim qeydə alınıb. Pedaqoqların 99,6 faizi ali, 0,4 faizi orta ixtisas təhsilli olub.

Tarix müəllimlərinin sayı 8 652 nəfər təşkil edib. Onların 99,6 faizinin ali, 0,4 faizinin orta ixtisas təhsili var.

Fizika üzrə 6 234, kimya üzrə 4 835, coğrafiya üzrə 5 845, biologiya üzrə isə 5 961 müəllim fəaliyyət göstərib. Bu fənlər üzrə müəllimlərin 99,9 faizi ali təhsillidir. 

Rus dilində dərslər keçirilən müəssisələrdə 1 014 rus dili və ədəbiyyatı müəllimi çalışıb. Onların 98,9 faizi ali, 0,9 faizi orta ixtisas təhsillidir. Rus dilində dərslər keçirilməyən müəssisələrdə isə bu fənn üzrə 4 424 müəllim qeydə alınıb. Onların 99,2 faizi ali, 0,8 faizi orta ixtisas təhsili alıb.

Gürcü dili və ədəbiyyatı müəllimlərinin sayı 339 nəfər olub. Onların 99,1 faizi ali, 0,9 faizi orta ixtisas təhsillidir.

Digər xarici dillər üzrə 1 124 müəllim fəaliyyət göstərib. Bu kateqoriyada ali təhsillilərin payı 97,5 faiz, orta ixtisas təhsillilərin payı isə 2,4 faiz olub.

Qeyd edək ki, məlumatlar 2025-ci il oktyabrın 1-nə olan vəziyyəti əks etdirir və sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil müəssisələri istisna olmaqla, dövlət və qeyri-dövlət ümumi təhsil müəssisələrini əhatə edir.

İranda yenə ARA QARIŞDI - Əhali ayağa qalxdı
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox