Azedu.az

Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır? - SORĞU

Sertifikasiya

23 Noyabr 2026, 12:15
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır? - SORĞU

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin birinci tsıklı (2021-2026) geridə qaldı. Bu beşillik müddət ölkədə ilk dəfə keçirilən sertifikatlaşdırılma prosesinin nə dərəcədə zəruri faktor olduğunu üzə çıxardı. Həmçinin, prosesin ilk illərində nəzərə çarpan bir sıra texniki-təşkilati boşluqlar da sonradan aradan qaldırıldı.

Lakin bu prosesdə iştirak edən müəllimlər tərəfindən xüsusən də sosial şəbəkələrdə bir çox problemlər hələ də qabardılmaqdadır. Maraqlısı budur ki, sertifikasiya nəticəsində ardıcıl qeyri-məqbul nəticəyə görə işinə xitam verilən, və ya, orta balla yalnız 10%-lik əmək haqqı artıma düşən müəllimlərlə yanaşı, yüksək nəticə göstərənlərin də narazılıqları az deyil.

Elə olduğu təqdirdə, prosesin icbari yox, könüllü əsaslarla keçirilməsinə nə dərəcədə zərurət yaranır? Qaydalara əsasən, hər müəllim sertifikasiyadan karyerası müddətində mütləq 3 dəfə keçməlidir. Yalnız ondan sonra müəllim sertifikasiyadan azad olunur.

Bu qayda yalnız yaşı 60-dan yuxarı olanlar, tamştatlı müəllim modelinə seçilənlər və əmək ştajı 3 ili keçməyənlərə şamil edilmir.

Qeyd edək ki, dünya təcrübəsində də bir çox ölkələrdə müəllimlərin qiymətləndirilməsi üçün nəzərdə tutulan proseslər əsasən könüllü əsaslarla təşkil olunur.

AzEdu.az müəllimlərin məsələyə münasibətini öyrənmək, sertifikasiya ilə bağlı ictimai rəyi öyrənməkdən ötrü təşkil etdiyi ictimaiyyətə (xüsusən də müəllimlərə) sorğu ünvanlayır:

SUAL: Müəllimlərin sertifikasiyasında iştirakın könüllü olmasına nə dərəcədə ehtiyac varmı?

1. Bəli, sertifikasiya mütləq könüllü olmalıdır;

2. Xeyr, mütləq məcburi qaydada keçirilməlidir;

3. Müəllimin karyerası ərzində yalnız bir dəfə məcburi olmalıdır;

4. Məcburi əsaslarla qalıb, qaydalarında ciddi dəyişikliklər edilməlidir;

5. Ümumiyyətlə, prosesin formatı dəyişməlidir;

6. Yalnız gənclər (35 yaşadək) müəllimlər üçün məcburi olmalı;

7. Digər variant.

Sorğuya qatılmaq istəyən oxuculardan xahiş olunur ki, AzEdu.az Təhsil Portalının əsas səhifəsinə daxil olaraq (kompüterdə) sağ alt küncündə, mobil telofonda isə aşağıda yerləşən sorğu panelindəki suala cavab verdikdən sonra "Səs ver" düyməsini sıxsınlar.

Sorğu 23 noyabr 2026-cı il tarixindən 2 dekabr saat 23:59-dək davam edəcək. 

Rusiya şəhərlərinə dəhşətli hücum - Şok görüntülər
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox