Azedu.az

“Heç bir sualda çətinlik çəkmədim” - Sertifikasiyada iştirak edən müəllim

Sertifikasiya

2 Oktyabr 2026, 09:21
“Heç bir sualda çətinlik çəkmədim” - Sertifikasiyada iştirak edən müəllim

Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə start verilib. Artıq test mərhələsində uğurlu nəticə göstərən müəllimlər növbəti mərhələdə öz pedaqoji və metodik bacarıqlarını nümayiş etdirirlər.

Onlardan biri də Bakı şəhəri Nərimanov rayonu 177 nömrəli tam orta məktəbin musiqi müəllimi Ayşən Əhmədlidir.

Belə ki, Ayşən Əhmədli sertifikasiya imtahanında 55 bal toplayıb. O, 24 sentyabr tarixində keçirilən sertifikatlaşdırma imtahanının müsahibə mərhələsində iştirak edib.

AzEdu.az bu münasibətlə Ayşən müəllimin təəssüratlarını öyrənib.

“Əsasən müəllimin metodikasına əsaslanan suallar verildi. Metodik yanaşma, təlim nəticələri, qiymətləndirmə və dərs icmalının təqdimatı ilə bağlı suallar səsləndirildi. Həmçinin təqdim olunan mövzunun məzmunundan irəli gələn bir neçə sual da ünvanlandı.

Müsahibə zamanı əsasən pedaqoji yanaşmanın yoxlanıldığını düşünürəm. Ümumiyyətlə, situativ sualla qarşılaşmadım. Əsasən müəllim metodikasını və pedaqoji yanaşmanı yoxlayan müxtəlif suallar verildi. Bir qədər təvazökarlıqdan uzaq səslənə bilər, amma cavablandırmaqda çətinlik çəkdiyim sual olmadı. Düşündürücü suallar var idi, lakin cavablandırmaqda çətinlik çəkdiyim hər hansı sualla qarşılaşmadım. Sualların hamısı gözlədiyim suallar idi.

Artıq dörd ildir ki, pedaqoji fəaliyyətlə məşğulam. Bu müddət ərzində gündəlik və illik tədris prosesində qarşılaşdığımız məsələlərə, pedaqoji fəaliyyətə və metodiki biliklərə əsaslanan suallar verildi. Düşünürəm ki, məhz bu səbəbdən sualların cavablandırılmasında çətinlik yaşamadım.

Əsasən pedaqoji fəaliyyət və metodiki biliklər əsasında müxtəlif suallar ünvanlandı. Musiqi fənninin tədrisi ilə bağlı isə beş dərs icmalından birinin təqdimatı zamanı, digər müəllimlərə də verildiyi kimi, dərs fəaliyyəti ilə bağlı bir neçə sual səsləndirildi. Lakin sırf ixtisas bilikləri ilə bağlı ayrıca suallar verilmədi”.

Müsahibənin keçirilmə formatı yaxşı idi. Heç bir narazılığım və narahatlığım olmadı:

“Komissiyanın yanaşmasını da müsbət qiymətləndirirəm. Ümumilikdə, müsahibənin təşkili və keçirilməsi ilə bağlı hər hansı narazılığım olmadı. Düşünürəm ki, müsahibə mərhələsi müəllimin peşəkar fəaliyyətini və pedaqoji bacarıqlarını obyektiv şəkildə qiymətləndirməyə imkan verir. Ümumiyyətlə, təkcə müsahibə mərhələsi deyil, test mərhələsi də müəllimlərin pedaqoji fəaliyyətini qiymətləndirmək baxımından düşünülmüş və faydalı təşəbbüsdür.

Test imtahanı ilə müsahibəni müqayisə etdikdə, müsahibə mərhələsinin daha həyəcanlı olduğunu düşünürəm. Test mərhələsində əsasən ixtisas bilikləri yoxlanılırdı, sualların həcmi və miqyası, həmçinin verilən vaxt müddəti müəyyən çərçivədə idi. Müsahibə mərhələsi isə daha həyəcanlı və məsuliyyətli idi. Əlbəttə, test mərhələsi də məsuliyyətli idi. Sadəcə, özüm üçün müqayisə etdikdə, test mərhələsinin ağırlığını və məsuliyyətini daha çox hiss etdiyimi deyə bilərəm”.

TƏCİLİ! Moskvada dəhşətli partlayış - Ö*lənlər var
Son xəbərlərDaha çox