Azedu.az

Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ

Sertifikasiya

2 Oktyabr 2026, 12:19
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ

Məktəblərdə təhsilverənlərin sertifikatlaşdırılması prosesi davam edir. Proses çərçivəsində müsahibə mərhələsinə keçən müəllimlərin nəticələrinin nə vaxt açıqlanacağı ilə bağlı suallar yaranıb.

İndiyədək neçə təhsilverənin müsahibəsi yekunlaşıb və nəticələr nə zaman müəllimlərin şəxsi kabinetlərinə göndərilir?

AzEdu.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, cari tarixə qədər 7 minə yaxın təhsilverənin müsahibəsi yekunlaşıb:

“Müsahibə nəticələri mütəmadi qaydada təhsilverənlərin şəxsi kabinetlərinə göndərilir”, - deyə MÜTDA-dan məlumat verilib.

Qeyd edək ki, sertifikatlaşdırmanın müsahibə mərhələsi sentyabrın 17-dən etibarən başlayıb.

ŞOK VİDEO! İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər
Son xəbərlərDaha çox